"Napoli"nin prezidenti Aurelio De Laurentis Edison Kavanini yenidən bu klubda çıxış etmək ehtimalları haqqında danışıb. Matç.az saytının məlumatına görə, "Football İtalia"ya açıqlama verən funksioner uruqvaylı futbolçunu 2018/19 mövsümünün sonunda komandaya cəlb etmək istədiklərini bildirib.

Amma bunun üçün müəyən şərtlər olmalıdır. Belə ki, De Laurentis bu keçidin ancaq PSJ-nin Kavani qarşılığında pul tələb etməməsi və hücumçunun maaşında endirimə getməsi təqdirində baş tutacağını vurğulayıb: "Biz ona illik 6-7 milyon avro ödəyə bilərik. Əlbəttə ki, bu keçiddə baş məşqçimiz Karlo Ançelotti də maraqlı olmalıdı".

Qeyd edək ki, Edison Kavani 2010-2013-cü illərdə "Napoli"də çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest