“Real”ın sabiq baş məşqçisi Joze Mourinyo vaxtilə rəhbərliyi altında oynayan Kriştiano Ronaldo ilə bağlı maraqlı fikirlər səsləndirib. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmyerlisinin əvəzlənməkdən xoşlanmadığını bildirib:

“Kriştiano hətta “Levante”ni 5:0 hesabı ilə məğlub etdiyimiz oyunda belə, əvəzlənmək, dincəlmək istəmirdi. Mənə deyirdi ki yenə qol vura bilərəm. Komandanızda belə oyunçular olanda sanki bir qayıqda üzür, yelkəndən həzz alırsan. Kriştianonun məşq etməyə ehtiyacı yoxdu, ona çox şey öyrədə bilməzsən. Ona bütün bacarıqlarını nümayiş etdirməyə imkan verəcək taktikalar tətbiq etməlisiniz”.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə “Real”ı çalışdırıb. Kriştiano Ronaldo 2009-2018-ci illərdə “kral klubu”nda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest