Adil Şükürovla müqaviləyə qarşılıqlı xitam verildikdən sonra “Kəpəz” rəhbərliyinə yaxın mənbələr baş məşqçi postuna Şahin Diniyevin gətiriləcəyini iddia edirlər. Açığı, bu təyinatın reallaşmasını istəyənlər də az deyil.

Amma inandırıcı görünmür.

Klubun İdarə Heyətinin sədri Adil Vəliyevin yaxın qohumu, az qala bütün legionerləri komandaya gətirmiş menecer Erkin İbrahimovla Diniyevin münasibətləri çoxdan korlanıb. Sanki, ortada xəyanət söhbəti var.

Diniyevə gəlincə, onun “Karvan-Yevlax”da zühur etməsi daha realdı. Bu gedişlə Azər Həşimov da istefaya göndəriləcək. Aran təmsilçisinin hesabında bir təsadüfi qələbə var ki, onu da hamıya uduzan “Kəpəz” üzərində qazanıb.

Son üç görüşdə xal üzünə həsrət “Karvan” qapısından 8 cavabsız top buraxıb. Qarşıdakı turlarda isə “Neftçi” və “Sabah”la ağır oyunlar var. Azər bəyin bu görüşlərdən sağ çıxacağı çətindi...  

  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest