"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Avropaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.

"Benfika" fransalı forvardın xidmətində maraqlıdır. Lissabon təmsilçisinin baş məşqçisi Joze Mourinyo "Real"da rəhbərliyi altında oynamış 37 yaşlı futbolçunu yenidən sərəncamında görmək istəyir.

Qeyd edək ki, Kərim Benzema bu mövsüm "Əl-İttihad"ın heyətində keçirdiyi 2 oyunda 3 qol vurub. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest