"Atletiko"nun hücumçusu Xulian Alvares La Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Barselona" argentinalı futbolçunu transfer etmək istəyir. Kataloniya təmsilçisi 25 yaşlı forvardı gələn il heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Xulian Alvares bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 2 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest