23 Sentyabr 2025, 00:00
FUTBOL
Luis Enrike ilin ən yaxşı məşqçisinə verilən Yohan Kroyff kubokuna layiq görülüb.
PSJ-nin baş məşqçisi Luis Enrike ilin ən yaxşı məşqçisinə verilən Yohan Kroyff kubokuna layiq görülüb.
Matc.az xəbər verir ki, Enrike PSJ ilə Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb, klublararası dünya çempionatının finalına çıxıb.
Səsvermədə Enrike "Napoli"dən Antonio Konteni, "Barselona"dan Hans-Diter Fliki, "Çelsi"dən Enzo Mareskanı və "Liverpul"dan Arne Slotu qabaqlayıb.