"Arsenal"ın futbolçusu Noni Madueke sıradan çıxıb.

Matc.az xəbər verir ki, ingiltərəli vinger Premyer Liqanın 5-ci turunun "Mançester Siti" ilə oyununda zədələnib.

23 yaşlı oyunçu dizindən zədə alıb. Onun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı məlum deyil.

Qeyd edək ki, "Arsenal" Noni Maduekeni mövsümün əvvəlində "Çelsi"dən transfer edib. İngiltərə millisinin üzvü "topçular"ın heyətində 11 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest