"İnter Mayami"nin hücumçusu Lionel Messi PSJ-nin hücumçusu Usman Dembeleni "Qızıl top"u qazanması münasibətilə təbrik edib.

Matc.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

"Möhtəşəm Usman! Təbrik edirəm, sənin üçün çox xoşbəxtəm. Sən buna layiqsən".

Qeyd edək ki, mərasim ötən gecə baş tutub. 28 yaşlı fransız müvafiq olaraq ikinci və üçüncü yerləri tutan "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamalı və PSJ-nin yarımmüdafiəçisi Vitinyanı qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest