Lamin Yamal 21 yaşadək ən yaxşı gənc futbolçuya verilən "Raymond Kopa" kubokunu qazanıb.

"Barselona"nın və İspaniya millisinin cinah oyunçusu Lamin Yamal 21 yaşadək ən yaxşı gənc futbolçuya verilən "Raymond Kopa" kubokunu qazanıb.

Matc.az xəbər verir ki, 18 yaşlı futbolçu ardıcıl ikinci dəfə kuboku qazanan ilk oyunçu olub. O, ötən il də mükafata layiq görülüb.

Keçən il Yamal həm klubda, həm də İspaniya millisində 58 oyunda 18 qol vurub və 25 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest