"Neftçi" Misli Premyer Liqasının 5-ci turunun "Sumqayıt"la matçında hakim idarəçiliyindən narazı qalıb.

Matc.az xəbər verir ki, "ağ-qaralar" rəqibin qapısına penaltinin təyin olunmadığını iddia edir.

Klubun rəsmi səhifələrində bununla bağlı paylaşım edilib. Paylaşımda "VAR deyilən bir şey var…" sözləri qeyd olunub.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest