PSJ və Fransa millisinin vingeri Usman Dembele "France Football" tərəfindən ilin ən yaxşı oyunçusuna verilən "Qızıl top"un sahibi oldu.

Matc.az xəbər verir ki, dünya futbolundakı ən nüfuzlu fərdi mükafatı Ronaldinyo (2005-ci ildə "Qızıl top"un qalibi) təqdim edib.

Keçən mövsüm Dembele PSJ ilə ilk dəfə Çempionlar Liqasını qazanıb, və mövsümün oyunçusu seçilib.

O, ötən mövsüm PSJ-də 52 matçda 33 qol vurub, 14 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest