Qazaxıstanlı iş adamı Tursen Alaqozov “Kayrat”ın oyunçularına avtomobil hədiyyə edəcəyini vəd edib.

Qazaxıstanlı iş adamı Tursen Alaqozov “Kayrat”ın oyunçularına avtomobil hədiyyə edəcəyini vəd edib.

Matc.az xəbər verir ki, bu barədə o, həyat yoldaşı — prodüser və aktrisa Bayan Alaqozovanın instaqram səhifəsində paylaşdığı videoda bildirib.

Alaqozov bildirib ki, Qazaxıstan təmsilçisi Çempionlar Liqası Liqa mərhələsinin II turunda "Real"ı məğlub etsə, bütün futbolçulara avtomobil hədiyyə edəcək.

Qeyd edək ki, "Kayrat" - "Real" qarşılaşması 30 sentyabr tarixində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest