23 Sentyabr 2025, 13:41
FUTBOL
"Arsenal"ın zədəli futbolçusu Noni Maduekenin durumuna aydınlıq gəlib.
Matc.az xəbər verir ki, Premyer Liqanın 5-ci turunun "Mançester Siti" ilə matçında sıradan çıxan ingiltərəli vingerin zədəsi ciddidir.Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Dizindən zədə alan 23 yaşlı oyunçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Arsenal" Noni Maduekeni mövsümün əvvəlində "Çelsi"dən transfer edib. İngiltərə millisinin üzvü "topçular"ın heyətində 6 oyun keçirib.