23 Sentyabr 2025, 00:17
FUTBOL
Türkiyə Superliqasında VI tura start verilib.
Matc.az xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma baş tutub.
Lider "Qalatasaray" doğma meydanda "Konyaspor"u qəbul edib. İstanbul təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, 6 turdan sonra "Qalatasaray" 18 xalla turnir cədvəlinin vahid lideridir.
Türkiyə Superliqası
VI tur
22 sentyabr
"Qalatasaray" – "Konyaspor" – 3:1
Qollar: Akgün, 23, İkardi, 45+1, Torreyra, 64 // Nayir, 80