23 Sentyabr 2025, 15:18
FUTBOL
"Çelsi"nin baş məşqçisi Entso Mareska Premyer Liqada rəqibləri olan "Liverpul" haqda danışıb.
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis Mersisayd təmsilçisi ilə mübarizə aparmağın çətin olacağını bildirib:
"Liverpul" belə davam etsə, nəinki bizim üçün, bütün klublar üçün onları yaxalamaq çox çətin olacaq. Ötən ildən bəri möhtəşəm iş görürlər. Transfer etdikləri oyunçular klubun Çempionlar Liqasında və Premyer Liqada yenidən çempion olmağı hədəflədiklərini göstərir".
Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasında keçirdiyi 5 oyunun hamısında qalib gəlib.