22 Sentyabr 2025, 18:53
FUTBOL
"Vest Hem" baş məşqçi Qrem Potterlə yollarını ayırmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Mövsümə uğursuz start verən London təmsilçisinin rəhbərliyi ingiltərəli mütəxəssisin işindən razı deyil. Onlar Potteri istefaya göndərib onun yerinə Nunu Eşpiritu Santunu baş məşqçi postuna gəturməyi planlaşdırır.
Qeyd edək ki, "Vest Hem" bu mövsüm Premyer Liqada keçirdiyi 5 oyunda 1 qələbə qazanıb, 4 dəfə isə məğlub olub.