22 Sentyabr 2025, 21:32
FUTBOL
"Barselona"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Fermin Lopes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı hücumameyilli yarımmüdafiəçi La Liqanın 5-ci turunun "Xetafe" ilə matçında (3:0) sol ayaq əzələsindən zədə alıb. 22 yaşlı oyunçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Fermin Lopes bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 5 oyunda 2 qol vurub.