22 Sentyabr 2025, 22:25
FUTBOL
Futbol üzrə Bolqarıstan çempionatında 9-cu turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda "Çerno More"ni qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Cəlal da bu matçın iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
9 turdan sonra 9 xal toplayan "Arda" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.