23 Sentyabr 2025, 14:23
MPL
"Karvan Yevlax"da narazılıq pik həddə çatıb.
Matc.az Sportinfo.az-a istinadən xəbər verir ki, bölgə klubunun dünən üçün nəzərdə tutulan hazırlıq planı belə baş tutmayıb.
Futbolçular məşqə çıxmaqdan imtina ediblər.
Səbəb maaş və mükafatlarını ala bilməmələridir.
Uzun müddətdir davam edən danışıqlar müsbət nəticə verməyib.
Səbri daşan oyunçular son çarəni məşqə çıxmamaqda görüblər.