22 Sentyabr 2025, 19:26
FUTBOL
"Braqa"nın hücumçusu Simon Banza karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Matc.az xəbər verir ki, konqolu forvard "Əl-Cəzirə" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Simon Banza ötən mövsüm icarə əsasında "Trabzonspor"da çıxış edib.