"Qəbələ" bu gün yoxlama oyunu keçirib.

Matc.az xəbər verir ki, Kaxaber Sxadadzenin çaışdırdığı komanda 1-ci liqa təmsilçisi MOİK-lə qarşılaşıb.

Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qırmızı-qaralar"ın heyətində qolları İsaak Amoah, Domi Massoumou və Elşad Tağıyev vurub. 

Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasının 1-ci turunda "Karvan"la heç-heçə edib – 1:1. Komanda avqustun 25-də 2-ci turun oyununda "Zirə"ni qəbul edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest