"Transfer pəncərəsi"nin daha 10 gün açıq olmasına baxmayaraq, Premyer Liqa klubları artıq transfer rekordunu qırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı BBC paylaşıb.

Belə ki, İngiltərə Premyer Liqa klubları 2023-cü ilin yayında transferə rekord məbləğdə 2,36 milyard funt-sterlinq xərcləyib. Cari ildə isə bu məğbləğ  2,37 milyard funt-sterlinq olub.

Bu həddi keçməyə "Milan"ın isveçrəli forvardı Noa Okaforun 18 milyon funt-sterlinqə "Lids"ə transferi kömək edib.

Qeyd edək ki, Premyer Liqanın 6 komandası da transfer xərclərinə görə klub rekordlarını yeniləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest