İngiltərənin "Liverpul" klubu "Real"ın braziliyalı cinah oyunçusu Rodriqoya marağı artırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Pablo Oliveyra paylaşıb.

Bildirilir ki, ingilis klubu onu "Bavariya"ya keçən kolumbiyalı Luis Diasın əvəzləyicisi kimi görür. Rodriqonun özü də İngiltərə çempionlarının heyətini gücləndirməyin əleyhinə deyil.

Qeyd edək ki, 24 yaşlı braziliyalı ilə "Liverpul"dan başqa "Tottenhem" və "Mançester Siti" də maraqlanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest