14 Avqust 2025, 19:25
FUTBOL
"Yuventus"un və Argentina millisinin cinah futbolçusu Niko Qonzales karyerasını "Atletiko"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Madrid klubu artıq 27 yaşlı argentinalının transferi ilə bağlı danışıqlara başlayıb. Söhbət tam hüquqlu transferdən gedir. Qonzalesin satışı "Yuventus"a cinah oyunçusu mövqeyi üçün yeni oyunçu almağa imkan verəcək.
Qeyd edək ki, Niko Qonzales keçən yay "Fiorentina"dan "Yuventus"a keçib, onun transferi Turin klubuna 36,5 milyon avroya başa gəlib. İndi onun transfer dəyəri 24 milyon qiymətləndirilir. Ötən mövsüm cinah oyunçusu bütün turnirlərdə 38 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.