14 Avqust 2025, 15:50
FUTBOL
"Qalatasaray"ın müdafiəçisi Karlos Kuesta karyerasını Braziliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.
"Vasko da Qama" kolumbiyalı futbolçunun transferini yekunlaşdırmaq üzrədir. İstanbul nəhəngi A Seriyası təmsilçisinin 6+2 milyon avroluq təklifini qəbul edib.
Qeyd edək ki, "Qalatasaray" Karlos Kuestanı bu ilin bu ilin fevral ayında "Genk"dən transfer edib.