"Çelsi"nin futbolçuları avtomobil qəzasında həlak olan Dioqo Jota və qardaşı Andre Silvanın ailəsinə dəstək olublar.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

London təmsilçisinin oyunçuları klublararası dünya çempionatında qazandıqları mükafatın bir hissəsini mərhum futbolçuların ailələrinə bağışlayıb. Hər futbolçu 500 min dollar olmaqla komanda şəklində toplanan pulu Dioqo ilə Andrenin ailəsinə veriblər.

Qeyd edək ki, Dioqo Jota ilə Andre Silva iyul ayında İspaniyada baş vermiş qəzada həlak olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest