14 Avqust 2025, 12:50
FUTBOL
"Real"dan ayrılan Lukas Vaskes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.
"Beşiktaş" azad agent statusunda olan 34 yaşlı sağ cinah müdafiəçisi ilə danışıq aparır. İstanbul təmsilçisi ispaniyalı futbolçuya 1 illik müqavilə təklif edib. Oyunçu isə 2 illik sözləşmə istəyir. Hazırda danışıqlar davam edir.
Qeyd edək ki, Lukas Vaskes ötən mövsüm "Real"ın heyətində keçirdiyi 53 oyunda 2 qol vurub, 8 qol ötürməsi edib.