14 Avqust 2025, 15:22
FUTBOL
"Beşiktaş" futbolçusu Fahri Ayı icarəyə verib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qara qartallar" 20 yaşlı yarımmüdafiəçini "İstanbulspor"a göndərib. Gənc oyunçu 2025/2026 mövsümünü I Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Fahri Ay "Beşiktaş"ın yetirməsidir. O, ötən ilin yayında əsas komandaya cəlb olunub.