14 Avqust 2025, 16:26
MPL
"Turan Tovuz"la gərgin oyun olacaq. Amma yaxşı çıxış etmək və müsbət nəticə əldə etmək üçün hər gün məşq edirik"
"İmişli" Misli Premyer Liqasının ilk turunda "Turan Tovuz"la qarşılaşacaq.
Matc.az xəbər verir ki, komandanın braziliyalı müdafiəçisi Ronaldo Rodriges de Souza oyundan əvvəl klubun mətbuat xidmətinə açıqlama verib:
"Turan Tovuz"la gərgin oyun olacaq. Amma yaxşı çıxış etmək və müsbət nəticə əldə etmək üçün hər gün məşq edirik. Mən komandamıza inanıram və ümid edirəm ki, rəqabətə yaxşı start vermək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "İmişli" - "Turan Tovuz" qarşılaşması avqustun 16-da saat 17:00-da Şamaxı şəhər stadionunda baş tuatcaq.