"Levski" "Sabah"la ilk oyundakı nəticəni qorumağa çalışmayıb.

Matc.az xəbər verir ki, bunu Bolqarıstanın "Levski" komandasının baş məşqçisi Xulio Velaskes "Sabah"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

O, pley-off mərhələsinə yüksəlməyin sevindirici olduğunu söyləyib:

"İlk oyundakı hesabı qorumağı düşünmürdük. Futbolçularımla fəxr edirəm. Çox gözəl qələbə qazandıq. "Sabah"ın heyətində yüksək səviyyəli futbolçular var. Onlar zaman-zaman bizə çətin anlar yaşatdılar. İlk oyunla müqayisədə cəmi 1 oyunçu dəyişikliyi etmişdik. Cavab matçında bir az rahat görünə bilərdik. Futbolçularım veirlən tapşırıqlaırn üstəsindən layiqincə gəldilər".

Mütəxəssis "Levski"nin cavab qarşılaşmasında etibarlı oyun sərgilədiyini vurğulayıb:

"Düşünürəm ki, komandamız həm müdafiə, həm də hücum xəttində etibarlı çıxış etdi. Biz rəqibdən asılı olaraq oyun planımızı dəyişə bilərik".

Qeyd edək ki, "Sabah" - "Levski" görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest