"Renn"in hücumçusu Arno Kalimuendo karyerasını İngiltərədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Nottingem Forest" fransalı forvardı transfer etmək istəyir. Premyer Liqa təmsilçisi 23 yaşlı futbolçu üçün Fransa klubuna 30 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, Arno Kalimuendo ötən mövsüm "Renn"in heyətində keçirdiyi 34 oyunda 18 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest