14 Avqust 2025, 10:29
FUTBOL
"Liverpul" heyətinə yeni müdafiəçi cəlb edəcək.
Matc.az xəbər verir ki, İngiltərə çempionu Covanni Leoninin transfer üçün "Parma" ilə razılığa gəlib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Liverpul" 18 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 35 milyon avro təzminat ödəyəcək. İtaliya U-19 millisinin üzvü Premyer Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Covanni Leoni ötən mövsüm "Parma"nın heyətində keçirdiyi 17 oyunda 1 qol vurub.