Sabah Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə start verilir. Matc.az xəbər verir ki, yarış 12 komandanın iştirakı ilə 3 dövrəlik sistemlə keçiriləcək.
"Qəbələ" 1 il, "Karvan" isə 16 il sonra elitaya qayıdıb. "İmişli" ilk dəfə Premyer Liqada iştirak edəcək.
Mövsümə Şamaxıda start veriləcək. Yevlax şəhər stadionunda təmir işləri getdiyi üçün "Karvan" "Qəbələ"ni burada qəbul edəcək.
Turun ikinci görüşü də Şamaxı şəhər stadionunda baş tutacaq. Burada ev sahibi "İmişli" çempionatın iddialı komandalarından "Turan Tovuz"la üz-üzə gələcək.
Heyətində böyük dəyişikliklər edən və yeni oyunçularla güclənən "Neftçi" ilk turda "Şamaxı"nı qəbul edəcək.
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində iştirak etdiyi üçün "Sabah"la matçı təxirə salınıb.
Saşa İliçi baş məşqçi postuna gətirən "Sumqayıt"ın rəqibi "Kəpəz"dir. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 20:30-da başlayacaq.
Tura Zirədə yekun vurulacaq. Qəsəbənin eyniadlı komandası "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Misli Premyer Liqası
I tur
15 avqust (cümə)
17:00 “Karvan-Yevlax” – “Qəbələ”
Şamaxı şəhər stadionu
16 avqust (şənbə)
17:00 “İmişli” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu
20:00 “Neftçi” – “Şamaxı”
“Neftçi Arena”
17 avqust (bazar)
18:30 “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”
20:30 “Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19 avqust (bazar ertəsi)
20:00 “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu