14 Avqust 2025, 22:50
FUTBOL
Klub əsas kapitanı olaraq Emin Mahmudova sarğını geri qaytarıb.
"Neftçi" yeni mövsüm üçün kapitanlarını ictimaiyyətə təqdim edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, klub əsas kapitanı olaraq Emin Mahmudova sarğını geri qaytarıb. Emil Balayev və Kenan Piriç vitse-kapitan olaraq təyin olunub.
Xatırladaq ki, Mahmudov ötən mövsüm kapitanlıq sarğısından məhrum olmuşdu.