"Real" argentinalı gənc futbolçu Franko Mastantuono ilə müqavilə imzaladığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Bildirilir ki, avqustun 14-də 18 yaşı tamam olan hücumameyilli yarımmüdafiəçi "River Pleyt"dən Madrid klubuna keçib. Onunla 6 illik müqavilə imzalanıb. Transferin dəyəri 45 milyon avro təşkil edib. Gənc futbolçu 30 nömrəli formada çıxşış edəcək.

Qeyd edək ki, Mastantuono "River Pleyt" akademiyasının yetirməsidir. O, əsas komandada 64 oyun keçirib, 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest