14 Avqust 2025, 11:15
FUTBOL
"Qalatasaray" "Mançester Siti"nin qapıçısı Edersonun transferini yekunlaşdırmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Braziliyalı qolkiper İstanbul təmsilçisinin illik 7 milyon avroluq maaş təklifini qəbul edib. "Qalatasaray" 31 yaşlı "əlcək sahibi" üçün İngiltərə klubuna 10 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Mançester Siti" Edersonu 2017-ci ildə "Benfika"dan transfer edib.