"Leypziq" "Göztepe"nin hücumçusu Romulonu transfer edəcək.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Braziliyalı forvard tibbi müayinədən keçmək üçün Almaniyaya gedib. Bundesliqa təmsilçisi Romulo üçün İzmir klubuna 20+5 milyon avro ödəyəcək. 23 yaşlı forvard "Leypziq"lə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Romulö tən mövsüm "Göztepe"nin heyətində keçirdiyi 33 oyunda 17 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest