14 Avqust 2025, 10:56
FUTBOL
"Fənərbaxça"nın futbolçusu Emre Mor Super Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
"Trabzonspor" Türkiyə millisinin sabiq üzvünü transfer etmək istəyir. Qara dəniz təmsilçisi 28 yaşlı oyunçu üçün onun klubuna 800 min avro təklif edəcək.
Qeyd edək ki, Emre Mor ötən mövsüm icarə əsasında "Eyüpspor"un formasını geyinib.