UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri keçirilib.
Matc.az xəbər verir ki, bu gün 10 qarşılaşma baş tutub.
"Qarabağ"ın pley-offdakı rəqibləri "Ferentsvaroş"la "Ludoqorets" Macarıstanda üz-üzə gəlib. Macarıstan təmsilçisi qələbə qazanaraq "Qarabağ"ın rəqibi olub.
"Fənərbaxça" isə "Feyenoord"dan üstün olub. İstanbul klubu pley-offda Portuqaliya təmsilçisi "Benfika" ilə qarşılaşacaq .
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
12 avqust
"Qarabağ" – "Şkendiya" (Şimali Makedoniya) - 5:1
Qollar: Tamba, 10 (0:1), Keyk, 16 - avtoqol (1:1), Kadi Borqes, 18 (2:1), Nəriman Axundzadə, 33 (3:1), Marko Yankoviç, 35 (4:1) - pen; Leandro Andrade, 59 (5:1)
İlk oyun 1:0
"Kopenhagen" (Danimarka) – "Malmö" (İsveç) - 5:0
Qollar: Hueskas, 31, Robert, 43, 69, Elyunusi, 51, Matsson, 67İlk oyun 0:0
"Fənərbaxça" (Türkiyə) – "Feyenoord" (Niderland) - 5:2
Qollar: Braun, 44, Duran, 45+2, Fred, 55, En-Nesiri, 83, Talişka, 90+6 - Vatanabe, 41, 89
İlk oyun 1:2
"Pafos" (Kipr) – "Dinamo" (Kiyev, Ukrayna) - 2:0
Qollar: Orşiç, 2, Korreya, 55
İlk oyun 1:0
"Viktoriya" (Plzen, Çexiya) – "Reyncers" (Şotlandiya) - 2:1
Qollar: Durosinmi, 41, Markoviç, 83 - Kamerun, 61
İlk oyun 0:3
"Brügge" (Belçika) – "Zalsburq" (Avstriya) - 3:2
Qollar: Seys, 61, Forbs, 83, Vanaken, 90+4 - Rasmussen, 18, Baydo, 43
İlk oyun 1:0
"Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) - 3:0
Qollar: Varqa, 38, 79, Szalai, 86
İlk oyun 0:0
"Slovan" (Slovakiya) – "Kayrat" (Qazaxıstan) - 1:0 (Penaltilər seriyası - 3:4)
Qol: Mak, 30
İlk oyun 0:1
"Benfika" (Portuqaliya) – "Nitsa" (Fransa) - 2:0
Qollar: Orsnes, 39, Şxelderup, 27
İlk oyun 2:0
"Srevna Zvezda" (Serbiya) – "Lex" (Polşa) - 1:1
Qollar: Ndiaye, 45+1-pen. - İsak, 90+3
İlk oyun 3:1