PSJ-dən ayrılacağı gözlənilən Canluici Donnarumma karyerasını İngiltərədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Stampa" nəşri məlumat yayıb.

"Mançester Siti" italiyalı qapıçını transfer etməyə yaxındır. 26 yaşlı qolkiper "şəhərlilər"in illik 12 milyon avroluq maaş təklifini qəbul edib.

Qeyd edək ki, PSJ "Lill"dən Lukas Şevalyeni transfer edib. Parislilər klubla 1 illik müqaviləsi qalan Donnarumanı bu yay satmağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest