"Bavariya"nın futbolçusu Kinqsli Koman karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Əl-Nəsr"  30 milyon avro qarşılığında fransalı vingeri transfer edəcək. 29 yaşlı oyunçu yenni klubu ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Kinqsli Koman ötən mövsüm "Bavariya"nın heyətində keçirdiyi 45 oyunda 9 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest