UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilir.

Matc.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" da cavab oyununa çıxır.

Naxçıvan komandası Kiprdə "Omoniya"nın qonağı olacaq.

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda "Araz-Naxçıvan" rəqibinə evdə 4 cavabsız qolla uduzub.

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyun
u
14 avqust

21:00. "Omoniya" – "Araz-Naxçıvan"
(İlk oyun - 0:4)
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Martin Markus
Dördüncü hakim: Mikkel Redder
VAR: Sandi Putros
AVAR: Morten Kroq
(Hakimlər briqadası Danimarkadandır)
GSP stadionu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest