"Araz-Naxçıvan" "Omoniya" ilə səfər matçında istəyinə çatacaq.

Matc.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Çarles Boli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya”ya (Kipr) qarşı keçiriləcək cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Hücumçu Bakıda keçirilən ilk qarşılaşmanı unutduqlarını söyləyib:

"Futbolda belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı matçda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, görüş çətin, gərgin olacaq, ancaq biz hazırıq".

O, rəqibi yaxşı tanıdığını bildirib:

"Rəqibə qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, "Araz-Naxçıvan" sabahkı oyunda istəyinə çatacaq".

Qeyd edək ki, "Omoniya" - "Araz-Naxçıvan" matçı avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək. Komandalar arasında Bakıda baş tutan matçda Kipr təmsilçisi 4:0 hesablı qələbə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest