"Bornmut" "Bayer"in futbolçusu Amin Adlini transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Premyer Liqa təmsilçisi mərakeşli vingerlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Almaniya klubu 25 yaşlı oyunçu üçün 30 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Amin Adli ötən mövsüm "Bayer"in heyətində keçirdiyi 28 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest