İngiltərənin "Fulhem" klubu Donetsk "Şaxtyor"unun 22 yaşlı braziliyalı hücumçusu Kevinlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat paylaşıb.

Futbolçunun özü ilə razılığa gəlinsə də, "Fulhem" hələ də "Şaxtyor"la anlaşa bilməyib. Ukrayna klubu 50 milyon avro məbləğində israr etməkdə davam edir. Danışıqlar yaxın günlərdə davam edəcək.

Bundan əvvəl "Şaxtyor" Kevin üçün "Fulhem"in iki təklifini artıq rədd edib. Onlardan ikincisi 37 milyon avro üstəgəl bonuslar təklifi olub.

Qeyd edək ki, 2024/25 mövsümündə Kevin "Şaxtyor"un heyətində 35 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Braziliyalı ötən mövsümün nəticələrinə əsasən Donetsk klubunun ən yaxşı oyunçusu seçilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest