"Fulhem"in hücumçusu Rodriqo Munis karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Atalanta" 25 yaşlı futbolçunu transfer etmək istəyir. Berqamo təmsilçisi braziliyalı forvard üçün İngiltərə klubuna 40+5 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Rodriqo Munis ötən mövsüm "Fulhem"in heyətində keçirdiyi 36 oyunda 11 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest