13 Avqust 2025, 17:11
FUTBOL
"Sassuolo" heyətinə yeni qapıçı cəlb edib.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "İpsviç Taun"dan Ariyanet Muriçi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı "əlcək sahibi" 2025/2026 mövsümünü "Sassuolo"nun heyətində keçirəcək.
Qeyd edək ki, Ariyanet Muriç ötən mövsüm "İpsviç Taun"un heyətində 19 oyun keçirib.