Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv Özbəkistan millisinə rəhbərlik təklifindən imtina edib.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Daha əvvəl Özbəkistan Futbol Assosiasiyasının almaniyalı mütəxəssislə danışıqlara başladığı bildirib. Löv bir neçə gün ərzində bu təklifi ciddi şəkildə nəzərdən keçirsə də, nəzakətlə imtina etmək qərarına gəlib.

Xatırladaq ki, Özbəkistan millisi tarixdə ilk dəfə dünya çempionatında mübarizə aparacaq. Komanda DÇ-2026-nın final hissəsinə vəsiqəni təmin edib.

Löv 2006-2021-ci illərdə Almaniya millisinin baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında komanda 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə dünya çempionatının və 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar Kubokunun qalibi olub. 2021-ci ildən mütəxəssis heç bir komandada çalışmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest