13 Avqust 2025, 19:16
FUTBOL
Braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə təmsilçisinə keçib.
Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə təmsilçisinə keçib. 22 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Cefferson son olaraq Portuqaliyanın "Portimonense" klubunun formasını geyinib. Masiel Bentu 2024/2025-ci illər mövsümündə Portiman şəhəri təmsilçisinin heyətində 14 oyun keçirib.