13 Avqust 2025, 20:18
FUTBOL
"Cenoa" və Belçika millisinin mərkəz müdafiəçisi Koni De Vinter "Milan"a keçib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı belçikalı ilə müqavilə 5 il - 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Oyunçu "Milan"da 5 nömrə altında çıxış edəcək. Transferin dəyəri açıqlanmayıb.
Ötən mövsüm De Vinter "Cenoa"nın heyətində bütün turnirlərdə 26 oyunda 3 qol vurub. Müdafiəçi Belçika millisində 4 oyun keçirib, 1 məhsuldar ötürmə edib.